Bakı Apellyasiya Məhkəməsinin cinayət işi üzrə qərarlarının 62 faizi qüvvədə saxlanılıb
16:55 27 Fevral 2021
2020 ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş işlər və materiallar üzrə 715 nəfər barəsində qərar çıxarılıb.
Femida.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.
Bu işlərdə 444 (62,1%) nəfər barəsində qərarlar dəyişdirilmədən saxlanılıb.
53 (7,4%) nəfər barəsində qərarlar ləğv olunub, onlardan 49 (6,8%) nəfər barəsində işlər yeni apellyasiya baxışına qaytarılıb.
4 (0,5%) nəfər barəsində iş üzrə icraata xitam verilib.
59 (8,2%) nəfər barəsində qərarlar dəyişdirilib, 2 (0,4%) nəfər barəsində kassasiya icraatına xitam verilib. 113 (15,8%) nəfər barəsində iş üzrə kassasiya müraciətləri geri qaytarılıb.
44 (6,1%) nəfər barəsində iş üzrə prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilməyib.
Oxunub: 560
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR