Daha bir sabiq nazir həbs edildi


13:29     09 Mart 2021 2021/03/B1577341-F68C-44D5-9EEB-074722D5EF04_1615282158.jpeg


Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.


Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.

Onun nəyə görə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, M.Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.

Femida.az

Açar sözlər: #nazir   #həbs  

Oxunub: 405