Ermənistanın Baş Qərargah rəisi istefa verdi


13:36     10 Mart 2021 2021/03/0dfffb5b-1275-3a0b-afe7-9e2262a1b63b_850_1615369018.jpg

“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.

Femida.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o deyib.

O.Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.

Baş Qərargah rəisi başqa statusla Silahlı Qüvvələrdə xidmət etdiyini bildirib. O yeni vəzifəsi barədə məlumat verməyib.

Açar sözlər:

Oxunub: 393