Küçəyə tüpürənlər cərimələnəcək - QƏRAR


00:19     25 Dekabr 2015 no-spitting-sign_2622838k.jpg

İtaliya Parlamenti “Yaşıl iqtisadiyyat” qanun layihəsi çərçivəsində yeni qərar qəbul edib.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, küçəyə tüpürmək, sönmüş siqaret, zibil və ya saqqız atmaq qadağan edilib.

Buna riayət etməyən vətəndaşlar qanunla müəyyən edilmiş qaydada cərimə ödəyəcəklər. Küçəni şüursuzca zibilləyən vətəndaşlar 30 və 300 avro arası cərimə ödəyəcəklər.

Qanun layihəsi ilə bağlı zibil qutularının sayı artırılacaq.

Açar sözlər:

Oxunub: 1488