Küçəyə çağırıb döydü, sonra bıçaqladı - Şəkidə


14:00     12 İyun 2017 dava%20(2).jpg

Şəkidə çayxanada iki gün əvvəl xəsarət alan gənci qonşusunun bıçaqladığı məlum olub.


Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirovu qonşusu və həmyaşıdı Emil Aqil oğlu Mustafayev bıçaqlayıb. Emil Mustafayev tutularaq istintaqa təhvil verilib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, iyunun 10-da Qoxmuq kəndində çayxana T. Qədirovu naməlum şəxs küçəyə çağıraraq döydükdən sonra bıçaqlayıb və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 572