DSMF sədri bəzi pensiyaların dayandırılmasına aydınlıq gətirib
12:35 12 Mart 2021
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.
Femida.az
Oxunub: 863
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
- DSMF sədri: "Artımdan sonra əmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır"
- Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb
- DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib
- DSMF bəzi şəxslərin pensiyasının artmamasının səbəblərini açıqlayıb
- DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"
- DSMF: "Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək"
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb