Ötən gün 17 yanğın baş verib


12:23     13 Mart 2021 21_03_13_1615625021.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 17 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib. Sutka ərzində köməksiz vəziyyətdə qalmış 3 nəfər, eləcə də intihara cəhd edən 1 nəfər xilas olunub.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 250