Bakıda yük maşını aşıb, tıxac yaranıb


11:22     17 Mart 2021 21_03_17_1615963843.jpg

Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.

Açar sözlər:

Oxunub: 475