Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı


09:36     18 Mart 2021 21_03_18_1616020660.jpg

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya çağırılıb.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya məsləhətləşmələrə dəvət edilib”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Birləmiş Ştatlarda 2020-ci ildə keçirilən seçkilərə müdaxilə etdiyinə görə cavab verməli olduğunu deyib.

"O, cavab verəcək", - deyən Bayden əlavə edib ki, dövlət başçıları arasında yanvar ayında baş tutan danışıqlarda Putinə mümkün cavabla bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ kəşfiyyatının hesabatında Moskva Donald Trampı dəstəkləmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətində "ixtilaf yaratmaq" cəhdində günahlandırılır. Seçkilərə təsir göstərməyə çalışdığı iddia edilənlər arasında İran, Hizbullah və Kubanın adı çəkilir. Çinin ABŞ seçkilərində aktiv səy göstərmədiyi ehtimal olunur.

Kreml hesabatı əsassız və sübutsuz adlandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Amerikadakı seçkilərin heç birinə qarışmadığını və belə keyfiyyətsiz materiallardan Rusiyaya sanksiya məsələsini gündəmə gətirmək üçün bəhanə olaraq istifadə edildiyini söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 445