Qubanın yol polisinə yeni rəis təyin olundu


11:06     19 Mart 2021 21_03_19_1616138186.jpg

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.


"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis kapitanı Sahib Süleymanov Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bu vaxta qədər Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində İnzibati təcrübə üzrə inspektor vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 381