Bu il Bakıya 320 yeni avtobus gətiriləcək


15:12     20 Mart 2021 21_03_20_1616238788.jpg


Bu il daha 320 avtobusun Bakı şəhərinə gətirilməsi planlaşdırılır.

Femida.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, yeni gətiriləcək avtobuslar Bakı ətrafı və digər qəsəbələrdə işləyəcək.

"Benzin və dizel yanacağı ilə işləyən avtobuslarla müqayisədə sıxılmış qazla işləyən avtobuslarda ətraf mühitə atılan ağır metallar arasında 30-35 faiz fərq var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir", - deyə BNA sədri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 455