Bakıda arvadının boğazını kəsərək öldürən şəxsin məhkəməsi başlayıb
11:40 23 Mart 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Əlixan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az -ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 29-na təyin edilib.
Qeyd edək ki, qətl ötən il mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib. Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub. İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib.
Oxunub: 375
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb