“Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev


09:00     26 Mart 2021 21_03_26_1616739788.jpg


“Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan xalqının irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Ermənistan İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir”, - deyə H.Hacıyev qeyd edib.



Femida.az

Açar sözlər: #HikmətHacıyev  

Oxunub: 567