"Ermənistan Türkiyəyə yanaşmasını tənzimləməlidir" - Qriqoryan
09:46 28 Mart 2021
Ermənistan Türkiyəyə qarşı yanaşmasını tənzimləməlidir.
Femida.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin “İctimai Televiziya”sına müsahibəsində deyib.
“Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil?", sualına cavab verən Qriqoryaan bildirib: “Əgər biz bölgənin kommunikasiyalarını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və bu istiqamətdə işləyirik”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Türkiyədən heç bir təhdidin gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır.
Onun fikrincə, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub: “Hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalı, buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.
Hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşan Qriqoryana görə, iki ölkə nümayəndələrinin açıq bəyanatları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.
Femida.az
Oxunub: 332
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi