Rusiya və BƏƏ çarter reyslərini bərpa edir


14:20     28 Mart 2021 teyyare%20qez%20a.jpg

Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava nəqliyyatı ilə bağlı səlahiyyətli qurumları iki ölkə arasında çarter reyslərini bərpasına qarşılıqlı razılıq verib.

Femida.az bu barədə TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, iki ölkə müntəzəm uçuşları ötən ilin sentyabr ayında bərpa edib. Bir qədər əvvəl Rusiya aviaşirkətlərinin martın 28-dən BƏƏ-yə uçuşları dayandıracağı barədə xəbərlər yayılmışdı. Bu isə təxminən 500 minə qədər aviabiletdən istifadənin mümkün olmaması deməkdir.

Açar sözlər:

Oxunub: 388