Bakıda 43 yaşlı kişi yol qəzasında xəsarət aldı


09:33     29 Mart 2021 21_03_29_1616963519.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Hadisə zamanı sərnişin, 1978-ci il təvəllüdlü Əliyev Zaur İbrahim oğlu bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 317