Ova görə cərimələnən ərəblərin adları açıqlandı


16:54     30 Mart 2021 2021/03/103501E0-33A7-4FD1-92D0-32326BD9B7DB_1617108991.jpeg

"Acınohur düzündə ov quşlarına təlim keçərkən rəhmsiz davrandıqları üçün ərəblər barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ən yüksək məbləğdə cərimələr tətbiq edilib. Onlara 4056 manat cərimə təyin edilib və tam ödənilib”.

Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib. O, cərimələnən ərəblərin adlarını da açıqlayıb:

"Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib".


Femida.az

Açar sözlər:

Oxunub: 282