Rusiya müdafiə nazirinin müavini Qarabağa səfər edib


11:11     31 Mart 2021 21_03_31_1617171932.jpg

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.


APA-nın “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, D. Bulqakov Xankəndidə Rusiya sülhməramlıları üçün inşa edilmiş 250 yerlik blok-modul şəhərciyinin açılışında iştirak edib.

D. Bulqakov bildirib ki, Rusiya sülhməramlı kontingenti üçün mobil şəhərciklər aprelin 5-dən gec olmayaraq istismara veriləcək: “Bu günə 25 belə şəhərcik qurulub. Hazırda şəhərciklərin istismara verilməsi üçün son tamamlama işləri aparılır. Aprelin 5-dən gec olmayaraq bütün modul şəhərciklər istismara veriləcək”.

O, aprelin sonuna qədər sülhməramlılar üçün mobil hospital açılacağını da qeyd edib.

Açar sözlər:

Oxunub: 635