İctimai Komitənin yeni tərkibi formalaşdırılır


01:33     27 May 2015 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Cari il iyunun 12-də İctimai Komitənin səlahiyyət müddətinin başa catması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.


Femida.az-ın Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə, həmçinin namizədin ərizəsi, onun haqqında ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Əlavə məlumat əldə etmək üçün nazirliyin internet səhifəsinə müraciət etmək və (012) 510-52-83 nömrəli telefonla əlaqə saxlamaq olar.

Qeyd edək ki, İctimai Komitənin səlahiyyət müddəti Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən iki ildir.

Açar sözlər:

Oxunub: 593