İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək - 1000 manat
20:59 29 Dekabr 2017
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bu gündən ictimai yerlərdə siqaret çəkilməsi inzibati məsuliyyət yaradacaq.
Femida.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb.
Femida.az
Oxunub: 2479
Oxşar xəbərlər
- İctimai Şuraya seçkilərin keçirilmə vaxtı müəyyənləşib
- İctimai TV-də nöqsanlar aşkarlanıb - Gəlir vergisi az hesablanıb
- İctimai Komitənin səlahiyyət müddəti başa çatır
- İctimai yerlərdə siqaret çəkmək – QADAĞAN edildi
- İctimai Komitənin iclası keçirildi
- İctimai nəqliyyatda gediş haqları qalxacaq?
- İctimai nəqliyyat bayram qrafikində işləyəcək
- İctimai Komitənin yeni tərkibi formalaşdırılır