"30 il ərzində işğalçılar Qarabağdakı çayları çirkləndirib" - Umayra Tağıyeva
10:37 13 Aprel 2021
"Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi hətta işğal dövründə də bir gün olsun belə dayandırılmamışdı".
Femida.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 30 il ərzində işğalçılar Qarabağdakı çayları çirkləndirib:
"Onlar unikal fauna və floranı, tarixi abidələri məhv ediblər. İşğal dövründə hər bir rayon üzrə proqnozları verərkən ümüdümüzü kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcək. Bu xoşbəxt günü bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz yaşatdı və torpaqlarımız işğaldan azad olundu".
"Bu gün biz qürur duyuruq ki, Qarabağ bölgəsi üçün verdiyimiz hava proqnozlarımızdan bizim hərbicilərimiz və oranı bərpa edən mütəxəssislərimiz faydalanır. Gələcəkdə də hidrometeoroloji məlumatlar dircələn Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasında xidmət göstərəcək", - o əlavə edib.
Oxunub: 365
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb