Kür çayında batmış azyaşlının meyiti tapılıb
10:29 14 Aprel 2021
9 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.
Aprelin 10-da Məryəm Hüseynlinin meyiti tapılıb. Batan şəxslər qardaş-bacıdır.
Oxunub: 361
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI