Bakıda sərnişin avtobusu piyadanı vurub


10:59     15 Aprel 2021 21_04_15_1618464213.jpg

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Sərhədçi” İdman Kompleksinin qabağında baş verib.

Belə ki, 1954-cü il təvəllüdlü Elxanova Reyman Şəmməd qızını yolu keçərkən 81 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus vurub. Piyada sol qol və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 846