Selfi çəkdirərkən kanala düşüb boğuldu


12:02     21 Aprel 2021 21_04_21_1618992694.jpg

Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.

M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

“Report”un əldə etdiyi məlumata görə, M.Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.

Femida.az

Açar sözlər:

Oxunub: 468