Ombudsman HDQ-nin hərbi hissəsində olub
20:16 04 May 2021
Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2021-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb. HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqlara HDQ-nin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sonra Ombudsman HDQ-nin “Şərəf kitabı”na imza atıb.
Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Daha sonra qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana və digər obyektlərə də baş çəkiblər. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə oxuyan S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.
Sonda aparatın nümayəndələri ilə hərbi hissənin şəxsi heyətinin birgə xatirə şəkli çəkilib.
Femida.az
Oxunub: 2398
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub