Azərbaycan “Avroviziya -2021”in finalına çıxıb


01:17     19 May 2021 21_05_19_1621372661.jpg

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

Femida.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçıları çıxış edəcək.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.



Femida.az

Açar sözlər:

Oxunub: 545