Bakıda sərnişin avtobusu qəzaya düşüb


19:41     19 May 2021 21_05_19_1621437780.jpg

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın xəbərinə görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 622