Bakıda qanunsuz işləyən əyləncə klubu aşkarlanıb, 100-dən çox şəxs cərimələnib
10:19 22 May 2021
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 100-dən çox şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.
Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
Oxunub: 567
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb