“Tavuşdakı kəndlər Azərbaycanındır” - Erməni deputat


10:21     25 May 2021 21_05_25_1621924899.jpg


Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.

Azvision.az xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.

"Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var"-, deyə o bildirib.

Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.

Deputatın açıqlaması erməni mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Femida.az

Açar sözlər: #Erməni   #deputat   #Tavuş   #kənd   #Azərbaycan  

Oxunub: 581