Müharibədən sonra azad edilən ərazilərdə 1560 erməni hərbçinin meyiti tapılıb
10:07 08 İyun 2021
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1560 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Femida.az
Oxunub: 613