Biləsuvarda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi
14:57 13 İyun 2021
Vəkillər Kollegiyasının dəstəyi ilə Biləsuvarda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin Biləsuvar seçki dairəsindən olan deputatı Bəhruz Məhərrəmov məlumat verib.
"2 saylı Vəkil Bürosunun vəkilləri Rəna Məmmədova, Hafiz Ələsgərov, Nardanə Fərzəliyeva, Kamil Vəliyev və Anar Rüstəmov vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası çərçivəsində Biləsuvarda qonağımız oldu.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla birgə vəkillərimizlə rayon İcra Hakimiyyətində görüşdük. Daha sonra Biləsuvar şəhəri N.Gəncəvi adına 1 saylı orta məktəbdə şəhid ailələri və qazilər növbədənkənar olmaqla vətəndaşlara şifahi və yazılı hüquqi məsləhətlər verildi, həmçinin, məhkəmələrə müraciət üçün ərizələr tərtib olundu, aksiya uğurla başa çatdı".
"Anar Bağırovun sədrlik dönəmində Vəkillər Kollegiyası ölkənin ən önəmli hüquq təsisatlarından, hüquq müdafiə sisteminin ən vacib və nüfuzlu həlqələrindən birinə çevrilməklə çoxları üçün ümid yeri olub. Bu mənada, inanıram ki, ötən gün baş tutan aksiya axırıncı deyil və gələcəkdə pulsuz hüquqi yardım formatında əməkdaşlığımızı daha da intensivləşdirəcəyik", - deyə deputat bildirib.
Femida.az
Oxunub: 4690
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər