Azərbaycan qızıl hasilatını artırıb


18:44     14 İyun 2021 21_06_14_1623677232.jpg

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 444,6 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Femida.az -ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.


Hesabat dövründə ölkədə 2 061,4 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artıb. Təkcə may ayında isə 433 kq gümüş hasil olunub ki, bu da aprel ayı ilə müqayisədə 3,1% artıb.

Açar sözlər:

Oxunub: 838