Mədəniyyət naziri azad edilən ərazilərdə həyata keçirilən işlərdən danışıb
16:35 17 İyun 2021
"Qarabağımızda mədəniyyətimizin inkişafı ilə bağlı həyata keçirilən işlər uğurla davam etdirilir".
Femida.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov nazirlik tərəfindən keçirilən "Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qaliblərinin təltifetmə marəsimində deyib.
A.Kərimov böyük fəxarətlə Mədəniyyət Nazirliyinin bu proseslərdə xüsusi olaraq iştirakını böyük fəxarətlə bildirib. O vurğulayıb ki, bu gün Azərbaycan həm fiziki, həm də mədəni suverenliyini təmin edib:
"Vətən müharibəsindəki qələbə Azərbaycan dövlətinin güclü siyasi iradəsinin, Azərbaycan xalqının xarakterinin, milli maraqlarımız naminə dünya azərbaycanlılarının həmrəyliyinin, ordumuzun döyüş rəşadətinin, canından əziz tutduğu vətən sevgisinin və Ali Baş Komandanın bu proseslərdə siyasi iradəsinin nəticəsi idi".
"Bildiyiniz kimi, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu, onun göstəricisidir ki, dövlət başçımız mədəniyyətimizə xüsusi önəm verir. Bir ay öncə Şuşada "Xarıbülbül" festivalı keçirildi. Bu festival mütəmadi olaraq hər il keçiriləcək", - nazir əlavə edib.
Oxunub: 393
Oxşar xəbərlər
- Mədəniyyət naziri Kəlbəcərə nümayəndə təyin edib
- Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib
- Mədəniyyət üzrə Türkiyə-Azərbaycan İşçi Qrupu yaradılacaq
- Mədəniyyət naziri David Zalkaliani ilə görüşüb
- Mədəniyyət naziri koronavirusa yoluxub
- Mədəniyyət Nazirliyi Rəmişin vəfatı ilə bağlı nekroloq yayıb
- Mədəniyyət naziri Türkiyədə səfərdədir
- Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
- Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib