İstanbulda zəlzələ olub


18:08     19 İyun 2021 2021/06/bdedf14c-876d-393d-afe1-312274e6e2a6_850_1624111728.jpg

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

Femida.az
“Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 867