Terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 13 erməninin məhkəməsi keçirilib
14:45 21 İyun 2021
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Femida.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərəhüquqları izah edilib. Bildirilib ki, həmin şəxslər dövlət hesabına vəkillərlə təmin olunublar.
Məhkəmədə vəkillər vəsatətlə çıxış ediblər.
Vəsatət təmin olunmayıb.
Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçiriləcək.
Oxunub: 454
Oxşar xəbərlər
- Terrorçuluqda təqsirləndirilən ermənilərə hökm oxunub
- Terrorçuluqda təqsirləndirilən iki Ermənistan vətəndaşının məhkəməsi Bakıda keçiriləcək
- Terrorçu silahlı birləşmənin üzvü olan 13 erməninin məhkəməsi davam etdiriləcək
- Terrorçu silahlı birləşmənin daha 13 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib - RƏSMİ
- Terrorçuluğu maliyyələşdirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Terrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb
- Terrorçular otelə girərək oradakıları girov götürüblər
- Terrorçular atəşkəsi pozdu - Türk əsgəri Suriyada şəhid oldu
- Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan var
- Terrorçular Suriyadan Türkiyəyə top atıb - 2 dinc sakin ölüb