Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı


09:40     26 İyun 2021 21_06_26_1624687644.jpg

Xocavənd rayonunun Hadrut qəsəbəsində "Dəmir yumruq" abidəsi ucaldılıb.

Femida.az xəbər verir ki, Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.

Qeyd edək ki, "Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.

Femida.az

Açar sözlər:

Oxunub: 877