Qida Təhlükəsizliyi İnstitutu ötən ili yarım milyon manat zərərlə başa vurub


17:10     26 İyun 2021 2018/10/AQTA_1539671350.jpg

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutu 2020-ci ili 467 min manat zərərlə başa vurub.

Femida.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən il İnstitutun əsas əməliyyat gəliri 4,749 milyon manat, satışın maya dəyəri 4,719 milyon manat, inzibati xərcləri 259 min manat, sair əməliyyat xərcləri isə 238 min manat təşkil edib.

Hesabat dövründə Qida Təhlükəsizliyi İnstitutuna dövlət büdcəsindən 9,954 milyon manat vəsait ayrılıb ki, bunun da 5,182 milyon manatı əmək ödənişləri və sosial sığorta ayırmaları üzrə xərclərə, 4,356 milyon manatı digər xərclərə, 416 milyon manatı isə uzunmüddətli maddi aktivlərin alınmasına yönəldilib.

Xatırladaq ki, Qida Təhlükəsizliyi İnstitutu 1 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Açar sözlər:

Oxunub: 949