Bakıda ana və körpəsi dilənçiliyə məcbur edilir?


12:40     28 İyun 2021 2021/06/60d983316827060d9833168271162486763360d983316826e60d983316826f_1624869672.jpg

Bakıda gənc ana körpəsi ilə birgə diləndirilir.

Femida.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təşkilat sədri bildirib ki, hazırda qadın və uşaq tapılmayıb, axtarışlar davam edir:

“Görüntüləri mənə göndəriblər. Bu video Bakıda, "Xalqlar Dostluğu" metrostansiyası tərəfdə çəkilib. Oradakı mühafizəçinin sözlərinə görə, hər gün bir kişi bu ananı və körpəsini gətirib bura qoyur. Onlar da gəlib-gedəndən pul dilənir. Hazırda axtarışlar gedir. Çalışırıq qadın və körpəni tapaq”.

Açar sözlər:

Oxunub: 401