MN-dən medal almadığına görə narazılıq edən döyüşçülərlə bağlı AÇIQLAMA
17:49 29 İyun 2021
Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.
Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 309
Oxşar xəbərlər
- MN-dən erməni tərəfinə cavab
- MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı ÖZƏL VİDEO
- MN-dən erməni dezinformasiyaları barədə daha bir açıqlama
- MN-dən Ermənistana təklif: Tam məhv edilməmək üçün təslim olun!
- MN-dən əsir götürülən erməni komandiri ilə bağlı AÇIQLAMA
- MN-dən pilotun axtarışında iştirak edənlərə təşəkkür
- MN-dən Tonoyanın fikirlərinə SƏRT CAVAB
- MN-dən bəyanat: “Düşmən təxribata əl ata bilər”