Quş qripinə görə bu ölkədən quş ətinin idxalı dayandırılıb
18:00 30 İyun 2021
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Femida.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nigeriya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxunub: 454
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusar sakini intihar edib
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib
- Qusar polisi əməliyyat keçirib, saxlanılanlar var
- Qusarda toy təşkilatçısı cərimələnib
- Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib