"26 ilə yaradılan ordumuz məhv edildi" - Erməni polkovnik


16:40     01 İyul 2021 21_07_01_1625143261.jpg


Erməni separatçılarının “müdafiə nazirliyinin” sabiq mətbuat katibi, polkovnik Senor Asratyan Ermənistan ordusunun acınacaqlı durumda olmasından gileylənib.

Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Köhnələrin" (Koçaryan-Sarkisyan cütlüyü - red.) 26 il ərzində yaratdığı ordunu "yenilər" üç ildən az bir müddətdə tədricən dağıtdılar. Ötən il baş verən ağır məğlubiyyətdən sonra ordumuz bu günə düşdü”, - Asratyan bildirib. O hazırkı rəhbərliyin yürütdüyü siyasəti də tənqid edərək söyləyib ki, “Qarabağ itkisinin həzm oluna biləcəyini düşünən Ermənistan lideri dəhşətli səhvə yol verir".

Femida.az

Açar sözlər: #Erməni   #polkovnik  

Oxunub: 638