Bakıda “Bazar Store”da yanğın - FHN məlumat yaydı


18:04     01 İyul 2021 2019/08/yangin_yeni1_1564987969.jpg

Bakının Binəqədi rayonunda mağaza yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən "Bazar Store" supermarketinə aid 10 ədəd kondisioner, 1 ədəd reklam lövhəsi və müşahidə kamerası yanıb.

Bina və yaxınlıqdakı qurğular yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 256