Ermənistanda Sibir xorası yayılır


20:58     02 İyul 2021 21_07_02_1625244176.jpg

Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.

“Report” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:

“Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”.

Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.

Açar sözlər:

Oxunub: 929