Azərbaycandakı səfirlər Şuşaya gedir


14:08     05 İyul 2021 21_07_05_1625479876.jpg

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri təşkil olunacaq.

Bu barədə Azvision.az -a diplomatik mənbədən məlumat verilib. Qeyd olunub ki, diplomatlar iyulun 8-də Şuşaya yola düşəcəklər. Növbəti gün isə şəhərlə tanışlıq olacaq.

Səfərin məqsədi diplomatlara Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri, cinayət izlərini göstərmək, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri ilə tanış etməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 467