Bu ölkədə prezident və xanımını öldürdülər - Sui-qəsd


16:50     07 İyul 2021 21_07_07_1625662289.jpg


Haiti Prezidentinə sui-qəsd olub.

Bu barədə ölkənin keçid Baş naziri Klaude Cozep bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazir bildirib.

Haiti Prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Martine Mouse də sui-qəsd nəticəsində aldığı yaralardan ölüb.

Bildirilib ki, o, xəstəxanada dünyasını dəyişib.

Haiti Prezidenti Xovenel Moise və həyat yoldaşına iqamətgahında sui-qəsd olub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 327