Mədət Quliyev Yeni ili hərbi hissədə keçirdi


21:46     01 Yanvar 2016 medet0.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Yeni ilin gəlişi ərəfəsində DTX-nin xüsusi qoşun hissəsinə baş çəkib.


DTX-nin mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, xidmət rəisi hərbi hisssəyə döyüşçüləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək üçün gedib.

Döyüşçülər qarşısında çıxış edən Mədət Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin DTX qarşısında qoyduğu yeni vəzifələr haqda danışıb. General əsgərləri Azərbaycan dövlətçiliyi qarşısında səmimi və fədakar xidmət aparmağa çağırıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Açar sözlər:

Oxunub: 4797