Bakıda piyadanı vurub öldürən sürücü ŞOKA DÜŞDÜ - VİDEO


10:44     12 İyul 2021 21_07_12_1626071644.jpg

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, piyada üçün müəyyən edilməmiş hissədən keçən, təxminən 60-70 yaşlı kişini “Mercedes” markalı avtomobili idarə edən Bağırov Rauf Çingiz oğlu vurub. Hadisə nəticəsində piyada ölüb. Sürücü isə hadisənin təsirindən şoka düşüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.



Açar sözlər:

Oxunub: 762