Yevlaxda çətənənin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
09:54 13 İyul 2021
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Vüqar Mustafazadə saxlanılıb. V.Mustafazadənin evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş hündürlüyü 12 santimetrdən 230 santimetrədək olan 184 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 677
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
- Yevlaxda qəsdən yanğın törədən şəxs saxlanılıb
- Yevlaxda kişi arvadını və qohumunu güllələyib, ölən var
- Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb