Lerikdə qadını öldürən molla məhkəmə qarşısına çıxarılır
09:51 17 İyul 2021
Lerikdə qadını zorakılıqla öldürən molla Əsgərov Murad Gülbaba oğlunun cinayət işi üzrə ibtaidai istintaq başa çatıb.
Femida.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nizami Quliyevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
Oxunub: 1044
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lerikdə yanğın olub, xəsarət alan var
- Lerikdə qanunsuz qazıntı işləri aparan şirkətlə bağlı məhkəməyə müraciət olunub
- Lerikdə icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb
- Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
- Lerikdə dağlıq ərazidə yanğın- Helikopter qaldırıldı
- Lerikdə meşə yanır
- Lerikdə şəhid ailəsinə yeni mənzil verilib
- Lerikdə qətl törədən mollanın tutulması ilə bağlı rəsmi açıqlama
- Lerikdə kəndin mollası qadını öldürüb