Bakı-Balakən qatarının hərəkəti tam bərpa olunub


18:43     03 Yanvar 2016 balaken.jpg

Bakı-Balakən qatarının hərəkəti bərpa olunub və artıq qatar paytaxta qayıdıb.


Bunu "Report"a açıqlamasında "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O qeyd edib ki, Bakıdan Balakənə gedən qatar dünən təxminən 9 saatlıq gecikmə ilə mənzilbaşına çatıb: "Bu gün isə 2 saatlıq gecikmə ilə paytaxta qayıdıb".

N.Əzməmmədov bildirib ki, hazırda bütün istiqamətlərdə qatarların yola düşməsi və geri qayıtması qrafikə uyğun şəkildə həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1507